Ev 1 sentyabr tarixindən etibarən boş olacaq.
Mənzil Nərimanov rayonu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşir. Nərimanov, Gənclik və 28 May metro stansiyalarına rahat məsafədədir. Binanın qarşısında avtobus dayanacağı mövcuddur. Binaya 24 saat mühafizə xidməti tərəfindən nəzarət olunur. Lift xüsusi açarla yalnız mənzilin yerləşdiyi mərtəbəyə qalxır.
Mənzilin xüsusiyyətləri:
Girişdə yerləşən kompakt və tam təchiz olunmuş mətbəx (qaz plitəsi, aspirator, soyuducu və digər zəruri avadanlıqlar);
İşıqlı qonaq/yemək otağı (televizor, yemək masası, divan və kondisioner);
Divarla ayrılmış ayrıca yataq otağı (ikinəfərlik çarpayı və şkaf);
Tam təchiz olunmuş hamam otağı (sanitar qovşaq, duş zonası, paltaryuyan maşın və Ariston su isitmə sistemi).
Qeyd: Ofis (vasitəçi) haqqı 30% təşkil edir.